Modern.az

Bakıdakı təhsil müəssisəsində meyvə satışının eksperimenti keçirilib

Bakıdakı təhsil müəssisəsində meyvə satışının eksperimenti keçirilib

Ölkə

14 Fevral 2010, 21:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərin bufetlərində meyvə - tərəvəzin satışı ilə bağlı bir neçə gün öncə təşəbbüs irəli sürüb. İdarə rəhbərliyi hesab edir ki, təzə meyvə-tərəvəz şagirdlərin sağlamlığı və intellektin inkişafı baxımından xeyirlidir. İdarənin bu təşəbbüsünü təhsil naziri Misir Mərdanov da müdafiə edib. Bu isə o deməkdir ki, tezliklə məktəblərdə təzə meyvə-tərəvəz satışı reallaşacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq paytaxtdakı bir ümumtəhsil müəssisəsində eksperimentə də başlayıb. Modern.az xəbər verir ki, Bakı Bağça-Məktəb-Lisey Kompleksinin bufetində meyvə - tərəvəzin satışı həyata keçirilib. Müşahidələr göstərib ki, Lisey Kompleksinin şagirdləri daha çox banan və narıngiyə (mandarin) meyl ediblər. Fevralın 11-də Bağça-Məktəb-Lisey Kompleksinin bufetində meyvə - tərəvəzin satışı gün ərzində iki dəfə həyata keçirilib.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi hazırda ictimaiyyət arasında orta məktəblərdə meyvə-tərəvəz satışına münasibətlə bağlı sorğu keçirir. İdarənin məlumatına görə, sorğuya qatılan respondentlərin yarıdan çoxu təşəbbüsü dəstəkləyir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?