Modern.az

AFFA “Gəncə”ni çempionatdan kənarlaşdırdı

AFFA “Gəncə”ni çempionatdan kənarlaşdırdı

Ölkə

19 Noyabr 2021, 14:28

Təhsil İdman Mərkəzinin “Gəncə” komandası U-11 Liqasından kənarlaşdırılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə qərarı AFFA verib.

 

Qurumun İntizam Komitəsi komanda çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün Gəncə təmsilçisini yarışdan xaric edib. “Təbriz” TİM-lə görüşdə təyin olunan vaxtda oyuna gəlməyən komanda 3-cü dəfə buna yol verib.

 

Bu görüşdə TİM “Gəncə”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?