Bakıda 5-ci mərtəbədən yıxılaraq birinci mərtəbəki mənzilin artırmasının damına düşən şəxs sağ qalıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub. Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.