Modern.az

Avropa İttifaqından 10 erməni hərbçinin qaytarılmasına REAKSİYA

Avropa İttifaqından 10 erməni hərbçinin qaytarılmasına REAKSİYA

Ölkə

19 Dekabr 2021, 11:59

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Avropa İttifaqının təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün Tviterdəki hesabında yazıb.

 

O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə xoşbəxtdir. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb. Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşləri üzərində qurmaq üçün hər iki ölkə ilə işləməyə davam edəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!