Modern.az

Həmid Herisçidən şok İDDİA: “Mirzə Cəlil “Ölülər”i Meterlinkin pyesindən köçürüb“

Həmid Herisçidən şok İDDİA: “Mirzə Cəlil “Ölülər”i Meterlinkin pyesindən köçürüb“

Ölkə

15 Aprel 2013, 16:21


Modern.az-ın məlumatına görə, “Molla Nəsrəddin” jurnalı və Mirzə Cəlil barədə polemikaya qoşulan Həmid Herişci şok bir iddia irəli sürüb. Deyib ki, Mirzə Cəlilin “Ölülər” pyesi belçikalı yazıçı Moris Meterlinkin pyesindən köçürülmədir.

- Çox məşhur Belçika dramaturqu Moris Meterlinkin bir çox pyesləri və şeirləri var. O, ateist mövqeli bir insan idi. “Müqəddəs İorgenin süqutu” adlı pyesi də məhz bu mövzuda idi. Bu əsər XX əsrin əvvəllərində Rusiyaya da gəlib çıxır. Bunu Poltava tearı səhnələşdirir. Sonradan teatr bu tamaşa ilə qastrola çıxır, bütün Rusiyanı şəhər-şəhər dolaşır. Ən nəhayət, Tiflisə gəlirlər. Yanılmıramsa, 1907-ci ildə səhnəyə qoyularkən Mirzə Cəlil bu pyesi görür və sonradan o əsər bütünlüklə “Ölülər” əsərinə köçürülür.

Siz Meterlinkin dramına da baxın, “Ölülər”ə də. Mövzu ordan götürülüb. Süjet,  dramaturji xətt, keçidlər hər şey Meterlinkidən oğurlanıb. Bu pyes çox məşhur olub. 20-ci illərdə onun səssiz filmi çəkilib. Cəlil Məmmədquluzadə “Ölülər”də yalnız adları dəyişib. Cəlil Məmmədquluzadənin bütün zarafatları və karikaturaları da plagiatdır. O, Rusiyanın qəzet və jurnallarına baxardı və ordan tərcümə edib köçürürdü. Onun yaradıcılığında heç vaxt orijinallıq olmayıb. Mənim də mövqeyim budur ki, Mirzə Cəlil heç vaxt orijinal olmayıb. Onun felyetonları da rus felyetonlarından köçürmədir. “Molla Nəsrəddin Rusiyanın satirik jurnallarının iqtibas və tərcümədir.

 

Elmin Nuri  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı