Modern.az

Bir sıra ərazilərində elektrik enerjisi dayandırılacaq

Bir sıra ərazilərində elektrik enerjisi dayandırılacaq

İqtisadiyyat

25 May 2026, 20:16

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) “Naxçıvan Enerji” MMC ilə razılaşdırılmış sifarişinə əsasən yenidənqurma və təmir işləri aparılacaq.

RETSİ-dən Modern.az-a bildirilib ki, bununla əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad, S.Vurğun, Şəhriyar küçələrində, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilməsində müvəqqəti məhdudiyyət yaranacaq. Fasilə sabah saat 02:00-dan 04:00-dək olacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

(AZƏRTAC)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı