Modern.az

Qazıntı zamanı xətt zədələndi, şəhər qazsız qaldı

Qazıntı zamanı xətt zədələndi, şəhər qazsız qaldı

Hadisə

25 May 2026, 22:12

Cəlilabad rayonun Göytəpə şəhərinin Qurtluş prospektində fərdi qazıntı işləri zamanı yeraltı qaz xətti zədələnib.

Modern.az-ın məlumatına görə, hadisə ilə əlaqədar Göytəpə şəhərinin və bir neçə kəndin qazla təminatı dayandırılıb.

Hadisə ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsindən bildirilib ki, təmir-bərpa işləri başa çatandan sonra qazın verilişi bərpa olunacaq.

(Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı