Modern.az

ADY rəsmisi açıqladı: "İyunun ortalarına qədər bütün biletlər satılıb"

ADY rəsmisi açıqladı: "İyunun ortalarına qədər bütün biletlər satılıb"

İqtisadiyyat

25 May 2026, 21:25

Bakı–Tbilis istiqamətində fəaliyyətə başlayan qatar reyslərinə maraq kifayət qədər yüksəkdir. 

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, sərnişin axınının artması səbəbindən qatara əlavə vaqon da qoşulub:

“Qatar ilkin olaraq 5 vaqondan ibarət olub və onlardan biri restoran vaqonu kimi fəaliyyət göstərib. Artan tələbat nəzərə alınaraq əlavə bir vaqon da reysə daxil edilib”. 

B.Hacıyev satışa çıxarılan 8000 biletin təxminən 6400-ünün yəni 70 faizinin artıq satıldığını vurğulayıb:
“Hətta Gürcüstandan iyunun ortalarına qədər, bütün reyslər üzrə biletlər satılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar