Modern.az

Rusiya XİN: Kiyevi tərk edin

Rusiya XİN: Kiyevi tərk edin

Dünya

25 May 2026, 19:44

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, ölkənin silahlı qüvvələri Kiyevdə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, eləcə də qərarların qəbul edildiyi mərkəzlərə və komanda məntəqələrinə sistemli zərbələr endirməyə başlayıb.

Modern.az xəbər verir ki, bununla bağlı bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Sənəddə bildirilir ki, pilotsuz uçuş aparatlarının layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və istifadəyə hazırlanması ilə bağlı obyektlərə zərbələr endiriləcək.

Rusiya Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla xarici vətəndaşlara Kiyevi mümkün qədər tez tərk etməyi tövsiyə edib. Ukrayna paytaxtının sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı