Modern.az

Polkovnik İsa Sadıqov danışdı: “Məni həbs etməyiblər, şayiələri yayanlar cavab verəcəklər”

Polkovnik İsa Sadıqov danışdı: “Məni həbs etməyiblər, şayiələri yayanlar cavab verəcəklər”

Ölkə

20 İyun 2013, 17:53

Respublika Hərbi Prokurorluğunun beynəlxalq axtarışa verdiyi müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri, Norveçdə siyasi mühacirətdə yaşayan və iyunun 7-də Azərbaycan müxalifətinin elan etdiyi Milli Şuraya üzv seçilən polkovnik İsa Sadıqov həbs olunma xəbərini təkzib edib.

Qeyd edək ki, bu gün Azərbaycanın bəzi KİV-ləri İsa Sadıqovun dünən Gürcüstanda saxlanıldığı barədə təsdiqlənməyə xəbər yayıblar.

Modern.az saytının məlumatına görə, İsa Sadıqov az öncə özü barədə xəbərlərə aydınlıq gətirən açıqlama verib. O, deyib ki, haqqındakı bütün deyilənlər şayiələr, boş-boş söhbətlərdi.

İsa Sadıqov onu axtarışa verən qurumlara da mesaj ünvanlayıb."Məni axtarmaq lazim deyil, mən yerimdəyəm" -deyə o, bildirib.

Daha sonra tərəfdarlarına müraciət edən İsa Sadıqov "əziz dost va qardaslarım, bu sualların bir məqsadi var - sizlari qorxudub, çəkindirmək. Çəkinməyin, mübariz anı davam edək..." deyib.
Ehtiyatda olan zabir onun barəsində yalan məlumat yayanlara xəbərdarlıü ünvanlayıb: "O şayiələri, yalanları yayan alçaq və şərəfsizlər - cavab verəcəksiniz, mən bunları sizə bağışlamaram"

İsa Sadıqov onu da vurğulayıb ki, o, hakimiyyət əleyhinə yazılarını və mübarizəsini davam etdirəcək.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun iyunun 19-da yaydığı məlumata görə, ehtiyatda olan polkovnik, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 23 yanvar, 1996-cı il tarixli hökmü ilə 01 sentyabr, 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan CM-nin 244-cü maddəsinin "a" bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Sadıqov İsa Nəzər oğlunun CM-in 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması aparılır.
 
Bununla əlaqədar 25 fevral, 1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən faktı üzrə 01 sentyabr, 2000-ci il tarixinədək qüvvədə olmuş CM-in 255-ci maddəsinin "v" bəndi ilə cinayət işi başlanıb və istintaq aparılıb. 14 aprel, 2012-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 dekabr, 2001-ci il tarixli qərar təzələnib və CM-in 341.3-cü maddəsinə tövsif edilib. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, İsa Sadıqov bu yaxınlarda verdiyi açıqlamada Azərbaycana gələ biləcəyini demişdi. Ehtimal olunur ki, onun barəsində təzlənən cinayət işi ehtiyatda olan zabitə əngəl yaratmaqdır.
 
Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı