Modern.az

Media və Qarabağ

Media və Qarabağ

Ölkə

26 Aprel 2010, 09:48

Azərbaycanın  harada  yerləşdiyi və Qarabağ münaqişəsi haqqında  yetərincə  məlumatı olmayan soyuqqanlı Avropa  əhlini,  o cümlədən  dünyanı   göz  yaşı  tökməklə    və   yaxud  hay-küylə,  emosionallıqla   inandırmaq,  ermənin  vəhşi olduğunu  onlara  sübut  etmək  qəliz  məsələdir.   İşğal   faktını  dünyaya  çatdırmaq  üçün  bəlkə   daha   məntiqli   vasitələr   tapmaq   gərəkdir?   Yəni  sözü  elə demək lazımdır ki,   onu yalnız  özümüz eşitməyək.   Başqları  da  eşidib, anlasın.

Son  dövrlər hiss olunur ki,  Ermənistan-Azərbaycan    münaqişəsi,  ümumilikdə  erməni təcavüzü   ilə  bağlı  informasiya  döyüşü    yeni  mərhələyə  keçir.  Artıq  təbliğatın  siyasi texnologiyası,  mahiyyəti   daha da  təkmilləşir.    Dünya ictimaiyyətində  erməni   saxtakarlığı  haqqında   rəyi dəyişmək  üçün    Azərbaycan   mediasının  əməyi  heçdə az  deyil.   

Müsbət  bir tendensiya   davam edir.   Bu da ondan  ibarətdir ki,     Ermənistan   Azərbaycan  münaqişəsinin  kökü,  mahiyyəti haqqında    elmi  tədqiqatlara    daha çox önəm verilir.  Dünyanın  başa düşəcəyi,   qəbul  edəcəyi   şəkildə   bu informasiyalar yayılır.   Bu  işdə   yeni  yaradılan  internet   saytlarının   rolunu  yüksək  dəyərləndirmək olar. Belə demək  mümkünsə mətbuatın əhatə  dairəsi  getdikcə  daralır.  Teleradio  kanallarının  və  internet  jurnalistikasının    auditoriyası   isə daha  da  genişlənir.   Təbii  ki,  bu  rıçaqlardan  yararlanmaq  Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə  çatdırılmasında  əhəmiyyətlidir.  

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  QHT-lərə   Dövlət  Dəstəyi   Şurasının,  H.Əliyev  Fondunun   və  digər qurumların   maliyyə dəstəyi ilə yaradılan   saytları,   çap olunan  kitabları    nəzərdən keçirərkən   çağdaş  dünyada  elektron  şəbəkənin  nə qədər effektli olduğu    hiss olunur.        Ancaq     bu işdə     bəzi    narahatedici  məqamlara     diqqət yetirmək  lazımdır.  Birincisi,    bu sahədə çalışacaq   şəxslərin   potensialını,  bu  məsuliyyətli işi  davamlı necə yerinə  yetırəcəyini   nəzərə  almaq lazımdır.    Çünki,  belə  hallar çox olur,  sayt  yaradılır  bir  müddət  keçəndən  sonra   fəaliyyətini dayandırır.  Nəticədə də  həmin domendən  ermənilərin öz təxribatçı  niyyətləri üçün istifadə   etmək  imkanı  yaranır.   Azəbaycanla  bağlı    domendən    ermənilərin    istifadəsi,  yenidən  sayt   yaratması    bu   gün   dünyada    saxta  erməni  təbliğatına   xidmətdir.

Deməli,  Azərbaycan  həqiqətlərtini  yaymaq    məqsədilə  sayt yaradan  hər bir  şəxs   öz  məsuliyyətini  dərk  etməlidir.   Əgər    müəyyən dövr keçəndən  sonra   sayt  fəaliyyətini  dayandırmalı olsa, belə  onun  domenini  hər il   ödəniş  etməklə   saxlamaq  lazımdır.

Digər tərəfdən  erməni  təcavüzü  ilə  bağlı  təbliğat işində   bədii  filmlərin  çəkilişi   faydalı  olar.  “Fəryad”  bədii  filmi   istisna  olmaqla,   çox təəssüf ki,   Qarabağ  müharibəsi haqqında  səviyyəli,  reytinqli     kino filmlərimizin  adını  xatırlamırıq.   Onu da qeyd  etmək istərdim ki,  yəhudilər ikinci  dünya  müharibəsindəki  faciələrini   beynəlxalq  aləmdə tanıtmaq üçün   kino istehsalından   çox məharətlə   istifadə ediblər.    

Bir faktı  qeyd  etmək istərdim.  Şərqi Avropa  ölkələrində  yaşayan  yəhudlərin  soyqırımına   həsr  olunan  “Pianoçu”    bədii filmi    dünyada  rezonans  doğurmuşdu.   Həmin   filmə   baxan   tamaşaçını  ilk növbədə  insan  faktoru,  insan ağrıları düşündürür. Bəlkə  də soyqırıma məruz qalan  şəxslərin  milliyyəti   tamaşaçını   o qədər düşündürmürdü.

Ümumiyyətlə,  istər  ədəbiyyat, istərsə də  bədii  film  insanların  hisslərinə  təsir edir.  Publisistikanın  bəzən  çatdıra bilmədiyi  fikri   kino   və ədəbiyyat   daha  yaxşı   ifadə edir.  Mənə  belə  gəlir ki,   bu təcrübədən    yararlanaraq   Azərbaycanın  ağrılı   problemini    çox   peşəkar səviyyədə bədii filmlərə, ədəbiyyata  köçürmək  mümkündür.  Bunun  üçün  kifayət qədər  potensial,   mövzular,   faktlar  və  zərurət  var.

 Hər  halda   sənədli  filmlərdən fərqli  olaraq   kinonun  əhatə   dairəsi  kifayət  qədər genişdir,  tamaşaçı  təbəqəsi  isə   müxtəlifdir.   Düzdür  bu  gün  Qarabağla bağlı yazılan bədii əsərlər    oxunaqlı deyil.  Çünki  insanların çoxu  Qarabağda  və digər  ərazilərdə  müharibə  ağrılarını öz gözləri ilə görüblər.   Yəni  onlar üçün  bu hadisələrin bədiiləşməsi  maraqlı  deyil.  Ancaq müəyyən zaman keçdikdən sonra   “müharibə   ədəbiyyatı”  yaranacaq.   Müasir    standartlara   cavab   verən  peşəkarların çəkəcəyi    kinofilmlər  isə    aktuallığını      hər zaman   qoruyub  saxlayacaq.  Ümid edək belə bədii   filmlərimiz   məqamı  yetişdikcə  çəkiləcək.

Bir  sözlə,    Azərbaycanın      haqq   səsini, ədalətli  mövqeyini  soyuqqanlı  əcnəbilərə  çatdırmaqda  kampaniya   xarakterli   təbliğatdansa,   daha  çevik, orjinal  vasitələrə  əl  atmaq   lazımdır. 

   

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı