Aliment ödəməmək iqtisadi zorakılıqdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən komitə iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
"Bu bizim məişət zorakılığı təhlilində özünü göstərir. Çünki uşağa qarşı iqtisadi gərginlik yaranır və ya aliment ödənmirsə, uşağa qarşı iqtisadi zorakılıqdır".
O qeyd edib ki, aliment msəələsi hər kəsi narahat edir:
"Aliment məsələsi bizi narahat edən bir məsələdir. Hamımız narahat edir və aliment fondu yaradılması kimi təkliflər edilri. Bu sahədə təhlillə aparılır" - S, Qəhrəmanova bildirib.