“Biz istərdik ki, müəllimlərin sırasında kişilərin də sayı artsın”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova bildirib.
Komitə sədri qeyd edib ki, rəhbər vəzifələrdə kişilər daha çox təmsil olunur:
“Biz onu da qəşəng bilirik ki, yuxarı pillələrə gələndə daha çox kişiləri görürük, nəinki qadınları. Bunun da bir sıra səbəbləri var”.
Hicran Hüseynova müəllimlərin peşəkarlığının artırılmasının vacibliyini də vurğulayıb:
“Bizim uşaqlar, auditoriyamız dəyişilib. Bir düymə ilə dünya onların qarşısında olur. Gərək sən elə nüfuzlu olasan ki, o uşağa nəsə öyrədə biləsən”.