Modern.az

İranda öldürülən nazirlərin yerinə yenilər gətirilir

İranda öldürülən nazirlərin yerinə yenilər gətirilir

Dünya

Bu gün, 16:14

İranda müdafiə və kəşfiyyat nazirləri postuna namizədlər müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim”in məlumatında bildirilib.

Qeyd edilib ki, bu il martın əvvəllərində ABŞ-İsrail hücumu nəticəsində müdafiə naziri general Əmir Nəsirzadə və kəşfiyyat naziri höccətül-islam Seyid İsmayıl Xətib həlak olub.
Ötən müddət ərzində hər iki nazirlik müvəqqəti icraçılar tərəfindən idarə olunub və Konstitusiyaya əsasən prezident üç ay ərzində yeni naziri parlamentə təqdim etməlidir. Müdafiə və Kəşfiyyat nazirliklərinin müvəqqəti rəhbərliklə idarə olunması üçün qanuni müddət ayaxın günlərdə başa çatacaq.

Prezident Administrasiyası rəhbərinin İctimaiyyətlə əlaqələr üzrə müavini Məhəmməd Mehdi Təbətəbai bildirib ki, hökumətin müdafiə və kəşfiyyat naziri vəzifəsinə namizədləri yaxın zamanda parlamentə təqdim olunacaq.

O həmçinin Konstitusiyaya əsasən nazirliyin müvəqqəti rəhbərliklə idarə olunması üçün üç aylıq qanuni müddətə işarə edərək deyib: “Yeni müdafiə nazirinin təqdimatı üçün təxminən iki həftə vaxtımız var. Kəşfiyyat nazirliyi üçün isə təxminən 40 gün vaxtımız var. Namizədlərin təqdimatı vaxtında ediləcək və etimad səsverməsinə gediləcək”.

Nazir postlarına yeni namizədlər Prezident Məsud Pezeşkian tərəfindən elan ediləcək.

Əgər parlament hər hansı namizədə etimad göstərməzsə və nazir vəzifəsi boş qalarsa, Prezident Konstitusiyanın 135-ci maddəsinə uyğun olaraq üç ay ərzində yeni namizədi parlamentə təqdim etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı