Modern.az

Ermənistanda "işıq pulu" arta bilər

Ermənistanda "işıq pulu" arta bilər

Dünya

Bu gün, 16:18

Tənzimləyici orqan Ermənistanda elektrik enerjisi tariflərinin artımını istisna etməyib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, yerli orqanın rəhbəri Mesrop Mesropyan bildirib ki, qaz qiymətlərinin mümkün artımı Ermənistanda elektrik enerjisi tariflərinin artmasına səbəb ola bilər.

Onun sözlərinə görə, Ermənistanda elektrik enerjisinin təxminən 30-35%-i qazla işləyən istilik elektrik stansiyaları tərəfindən istehsal olunur, buna görə də yanacaq qiymətlərinin artması tariflərə təsir göstərə bilər.

Lakin o, qaz qiymətlərindəki dəyişikliyi nə təsdiqləyə, nə də istisna edə bilməyəcəyini qeyd edərək, tariflərin müxtəlif amillərə əsasən hər il yenidən nəzərdən keçirildiyini vurğulayıb.

Mesropyan əlavə edib ki, hətta ən pis ssenaridə belə, günəş, su elektrik stansiyaları və nüvə enerjisinin inkişafı sayəsində Ermənistan 1990-cı illərin miqyasında enerji böhranı ilə üzləşməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı