Modern.az

Ziyəddin Kazımov: “Məktəblərin bufetlərini yoxlayırıq”

Ziyəddin Kazımov: “Məktəblərin bufetlərini yoxlayırıq”

Ölkə

30 Aprel 2010, 13:44

Orta ümumtəhsil məktəblərinin bufetlərində yoxlamalar aparılır. Məqsəd məktəblərin bufetlərində verilən qida məhsullarının keyfiyyətini öyrənməkdir. Bu barədə Modern.az-a Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. O, bildirib ki, monitorinqlər yay tətili başlayanadək davam etdiriləcək: “Monitorinqlər yeni tədris ilindən başlayaraq mütəmadi olaraq aparılır. Bizim yerli şöbələrimiz bu işlə məşğul olur. Hazırda araşdırmalarımız davam etdirilir. Çalışırıq keyfiyyətsiz qida məhsullarının qarşısını alaq. Hələlik bununla bağlı bir şey deyə bilmərəm. May ayının sonunda nəticələr açıqlanacaq”.

Xatırladaq ki, ötən tədris ilində orta məktəblərdə baş verən zəhərlənmə olaylarından sonra Təhsil Nazirliyi bununla bağlı ciddi addım atacağını bildirmişdi. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı