Modern.az

Nərimanov rayonunda Gül bayramı keçirilib (fotolar)

Nərimanov rayonunda Gül bayramı keçirilib (fotolar)

Ölkə

1 May 2010, 16:02

Bakı Şəhər İcra Hakimiyyəti mayın 10-da keçiriləcək Gül bayramına hazırlaşır. Bayram Heydər Əliyev sarayının qarşısındakı parkda təşkil olunacaq. Xatırladaq ki, paytaxt meriyası bir neçə ildir mayın 10-da, mərhum prezident Heydər Əliyevin ad günündə Gül bayramı təşkil edir. Bu il Bakı Şəhər İcra Hakimiyyəti xarici ölkələrdən Gül bayramı münasibətilə 1 milyondan çox gül-çiçək gətiəcək. Modern.az xəbər verir ki, paytaxt rayonlarında mayın 10-dan əvvəl Gül bayramına start verilib. Belə ki, bu gün Nərimanov rayonu ərazisindəki eyiniadlı parkda Gül bayramı keçirilib. “Nərimanov” parkında təşkil olunan tədbirdə adı çəkilən rayondakı orta məktəblər iştirak edib. Mərasimdə ümumtəhsil müəssisələrinin süni və təbii güllərdən hazırladığı əl işləri nümayiş etdirilib.

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı