Modern.az

Magistraturaya qəbul imtahanı keçirildi

Magistraturaya qəbul imtahanı keçirildi

Ölkə

2 May 2010, 17:43

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 15362 bakalavr ərizə verib.
Onlardan
 13563 Azərbaycan bölməsi,  1799  nəfəri rus bölməsi üzrə bakalavrlardır. Ərizə verənlərin 7508 nəfəri oğlan, 7854 nəfəri isə qızlardır. Bakalavrlardan 9193 nəfəri 2010-cu ilin məzunlarıdır.

TQDK-dan bildirilib ki, qəbul imtahanı Bakı şəhərində 21, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 1 binada keçirilib. İmtahanın idarə olunması üçün 103 imtahan rəhbəri, 1081 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan saat 14:00-da başlanıb və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) fənni  üzrə 25  test tapşırığı təqdim olunub.
Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar.

İkinci mərhələyə buraxılan bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İkinci mərhələnin imtahanı 2010-cu il iyunun 20-də keçiriləcək və bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara  50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.

 Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı