2008-ci ilin fevralından Azərbaycandakı dövlət xəstəxanalarında pulsuz tibbi müalicə və müayinəyə keçilib. Amma bilənlər bilir ki, dövlət xəstəxanalarında pulsuz tibbi müalicə və müayinəyə, cərrahiyyə əməliyyatlarına görə pul verməmək yalnız sözdədir.
Dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatlarının qiymətlərinin özəl xəstəxanalardakı qiymətlərdən fərqlənmədiyi kimsəyə sirr deyil. Fərq ondadır ki, özəl və təsərrüfat hesabına işləyən xəstəxanalarda hər bir əməliyyatın neçəyə başa gəldiyi xəstəyə, yaxud da onun yaxınlarına bildirilir.
Dövlət xəstəxanalarında isə bu məsələ gizli şəkilə həyata keçirilir.
Modern.az saytının əməkdaşı məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinın əməkdaşı Səfayə Məmmədova saytımıza bildirib ki, dövlət xəstəxanlarında bütün əməliyyatlar pulsuz həyata keçirilir: “Prezidentin göstərişi var, bütün dövlət xəstəxanalarında əməliyyatlar pulsuz olmalıdır. Bununla bağlı lazımi məlumatlar xəstəxanalarda lövhələrdə də yerləşdirilib. O ki, qaldı əməliyyatlar zamanı xəstələtdən pul istənilməsinə, bu barədə indiyədək bizim nazirliyin “qaynar xətt”inə müraciət edən olmayıb. Dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatları pullu deyil ki, həmin tibb müəssiələrində qiymətləri də yazıb divara vursunlar”.
Müşahidələr isə Səhiyyə Nazirliyi rəsmilərinin dediklərinin əksini göstərir. Bəzi məlumatlara görə, son vaxtlar bir sıra dövlət xəstəxanalarında əməliyyat etmək o həkimlərə icazə verilir ki, onlar baş həkimə yaxınlığı ilə seçilirlər. Bu isə əməliyyatdan gələn pulun baş həkimlə bölüşdürülməsinə hesablanıb.
Səhiyyə Nazirliyində isə bundan xəbərsizdilər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı bildirib ki, belə neqativ hallarla bağlı onlara heç bir məlumat daxil olmayıb. “Belə neqativ hallarla qarşılaşan şəxslər bizim “qaynar xətt”ə və yaxud yazılı şəkildə nazirliyə müraciət etsinlər. Belədə biz məsələnin araşdırılmsına yardımçı olarıq.
Modern.az aşağıda Səhiyyə Nazirliyinin əhəmiyyətli telefon nömrələrini yerləşdirir. Xəstəxanalardan şikayətçi olanlar buyurub zəng vura bilərlər.
| Haqqında | Nömrələr | Müəssisə | |
| Korrupsiya ilə bağlı məlumatlar | 498-61-10 498-75-29 | AR Səhiyyə Nazirliyinin Daxili Nəzarət Qrupu | |
| Bakı Baş Səhiyyə İdarəsinin Qaynar Xətti | 495-40-15 | Bakı Baş Səhiyyə İdarəsi | |
| Bakı Baş Səhiyyə İdarəsi | 495-35-39 | Bakı Baş Səhiyyə İdarəsi | |
| Dərman preparatları ilə bağlı hər hansı bir şıkayət və ya təkliflər | 596-07-12 | Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi | |
| 596-05-46 | |||
| Sanitariya, gigiyena və epidemiologiya üzrə suallarla bura müraciət edə bilərsiniz | 421-13-93 421-80-68 | Respublika Gigiyena və Epidemiologiya Mərkəzi | |
| Azərbaycan Respublikasına idxal olunan ərzaq məhsulları, ərzaq xammalı, qida əlavələri, bioloji fəal qida əlavələri, qeyri-ərzaq məhsulları, istehlak əşyaları və s. barədə sorğular | 497-63-62 494-49-84 | Respublika Sanitariya-Karantin Müfəttişliyi | |
| QİÇS | 494-99-24 | AİDS-lə Mübarizə Mərkəzi | |
| Elektron Sağlamlıq Kartı ilə bağlı məlumatlar | 431-38-28 | Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi | |
| Quş qripi H5N1 | Yoluxma halları ilə əlaqədar | 421-13-93 | Səhiyyə Nazirliyi |
| Xəstə və ölü quşlarla əlaqədar | 563-41-52 | Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq xidməti | |
| Donuz qripi A/H1N1 | Xəstəliklə bağlı əhaliyə məlumat | 530-32-13 | Respublika Taun Əleyhinə Stansiya |
| Respublikamıza müvəqqəti gəlmiş şəxslər və tranzit sərnişinlər özlərində qrip əlamətlərini hiss edərsə | 494-05-23 | Respublika Sanitariya-Karantin Müfəttişliyi | |
Təhminə Paşayeva