Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti

Ölkə

3 May 2010, 20:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 4-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Şimal küləyinin sürəti 10-15 m/s olacaq, gecə və səhər arabir küləyin sürəti 18-20 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 7-12 m/s olacaq, gündüz cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 14-17 dərəcə isti təşkil edəcək.

Mayın 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 4-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.
5-6 mayda hava şəraitinin əsasən axşam və gecə saatlarında bəzi yerlərdə yağışlı keçəcəyi gözlənilir. Şərq küləyinin surəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən müsbət amil olsa da, mövsümə görə sərin və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı