Britaniyalı alimlər belə bir qənaətə gəliblər ki, azyaşlı uşaqlar televizora nə qədər çox baxarsa, sonradan məktəbdə bir o qədər pis oxuyurlar. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, əgər uşaqlar 2,5 yaşa qədər televizora çox baxıbsa, məktəbdə pis oxuyacaq, pis sayacaq, eləcə də şişman olacaq. Anoloji araşdırma amerikalı alimlər tərəfindən də aparılıb. Amerikalılar isə hesab edir ki, 2 yaşa qədər uşqalar, ümumiyyətlə, televizora baxmamalıdır. Yalnız 3 yaşdan sonra gün ərzində 1-2 saat televizora baxmaq olar.