Modern.az

Azərbaycanlı dindar: “Həmin Avropa ölkələri gec-tez Allahın bəlasına gələcəklər”

Azərbaycanlı dindar: “Həmin Avropa ölkələri gec-tez Allahın bəlasına gələcəklər”

Ölkə

4 May 2010, 11:47

Baş örtüyü  bütün Avropa Birliyinə daxil olan ölkələrin ərazisində qadağan olunacaq. Artıq Belçika parlamenti ölkədə müsəlman qadınlarının çarşabdan istifadəsini qadağan edib. Fransada da ictimai yerlərdə üz örtüyü və çarşabla görünən qadın və qızlar 150 avro cərimə ödəməli olacaq. Bu ölkədə qadınları üz örtüyü və çarşabla ictimai yerlərdə görünməyə məcbur edən şəxsləri isə daha ağır cəza gözləyir. Avropada baş örtüyünə qoyulan bu qadağa isə müsəlman ölkələrində birmənalı qarşılanmır. Hətta bəzi müsəlman ölkələri bunu onlara qarşı xristian dünyasının bir basqısı olduğunu deyirlər.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov Modern.az-a açıqlamasında bildirib ki, bu cür halların olması yaxşı hal deyil: “Təbii ki, bu düzgün deyil. Olmasa, daha yaxşı olardı. Din və dindarlar bütün ölkələrdə müstəqil və sərbəst olmalıdır. Amma eyni zamanda çarşabdan və niqabdan sui-istifadə halları da var. Bu kimi hallar da qəbuledilməzdir. Eyni zamanda hər bir dövlətin özünün daxili qanunları var. Və bu qanunlar çərçivəsində qərarlar çıxarıla bilər”.

 

Təzəpir məscidinin axundu Hacı Faiz Nağızadə çarşaba qadağa qoyan ölkələrin bunu bəhanə üçün etdiklərini deyir: “Son zamanlar xristianlar müsəlmanlara qarşı  bir basqı nümayiş etdirirlər. Onlar müsəlmanlardan qorxmurlar. Allahın işığını söndürmək istəyirlər. Onlar görürlər ki, İslam dini bütün dünyaya yayılıb. Ona görə də İslamın qarşısını bu cür almaq istəyirlər. Neçə illərdir Avropada başıbağlı xanımlar yaşayırlar. Ancaq indi Avropa hökumətləri özlərindən nə çıxarıblar bilmək olmur. Avropalıların qızları, qadınları çılpaq şəkildə küçələrdə olurlar. Niyə bunun qarşısını almaq üçün tədbir görmürlər. Ancaq müsəlmanların çarşab bağlamasını qadağan edirlər. İslam dinində baş örtmək məcburi deyil. Ancaq çarşabı ləğv etmək də düzgün deyil. Gec-tez həmin ölkələr Allahın bəlasına gələcəklər”.

 

 

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı