Modern.az

“Məişət zorakılığı haqqında” Qanun layihəsi barədə düşüncələr

“Məişət zorakılığı haqqında” Qanun layihəsi barədə düşüncələr

Ölkə

4 May 2010, 18:26

“Qanun ailə dağıtmalı deyil, onu möhkəmlətməlidir”

 

 

“Ata yeniyetmə qızının evə gec gəldiyini görür, hirslənib özündən çıxır. Əlini hirslə stolun üstünə çırpır, “hardaydın, bu vaxtadək haraları gəzirsən” deyir... Yaxud, övladının siqaret çəkdiyini görəndə kötüyü onun əlindən alıb yerə tullayır. Bu məqamda valideyn övladına qarşı zorakılıq tətbiq etmiş olur. Özü də məişət zorakılığı.

Əgər Azərbaycanda “Məişət zorakılığı haqqında” qanun qəbul edilərsə, onda bu cür valideynlər cəzalandırılmalıdır”.

Moden.az saytı xəbər verir ki, bunu millət vəkili Rafael Cəbrayılov Azərbaycan Media Mərkəzdə keçirilən “Ailədaxili zorkılıq” məsələsi ilə bağlı debatlda bildirib.

Daha sonra o qeyd edib ki, bu qanunu qəbul etməzdən əvvəl hər bir məqamı nəzərə almaq lazımdır: “Bu qanun ailənin möhkəmlənməsinə xidmət etməlidir, dağılmasına yox. Nəzərə almaq lazımdır ki, məişət zorakılığını çox vaxt sübut etmək olmur. Ailədə kimsə onun başqa üzvünü təhqir edir, söyür, yaxud uzağı sillə vurursa, necə sübut edəcəksən? Nə şahid var, nə də tibbi ekspertiza nəyisə sübut edə bilər”.

 

“Təmiz Dünya” Cəmiyyətinin sədri Mehriban Zeynalova isə qanunun qısa zaman müddətində qəbulunu vacib sayıb. Onun fikrincə, Azərbaycan ailəsində qadın daha çox zorakılığa məruz qalır və onların hüquqlarını müdafiə etmək daha vacibdir: “Bizim mərkəzə müraciət edən insan alveri qurbanlarının 65-70 faizi məişət zorakılığından əziyyət çəkənlərdir. Məncə bu məsələdə xəbərdarlıq, maarifləndirmə yox, dəstək göstərmək vaxtıdır. Amma nədənsə belə insanlar üçün reabilitasiya mərkəzlərinin yaradılmasından söz düşəndə, hamı geri çəkilir”.

 

Debatda ekspert qismində çıxış edən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə məişət zorakılığının çox hallarda köhnəlmiş adətlərlə əlaqədar olduğunu deyib. Onun sözlərinə görə, belə problemin xaricdən gəldiyini iddia etmək yersizdir: “Azərbaycanda ideal ailə yoxdur. Biz yeganə ölkəyik ki, ailədə uşaqları söyüşlə böyüdürük. Yeganə ölkədir ki, prokuror, məhkəmə işçisi 12-13 yaşlı qızın toyunda qol açıb oynayır, yeyib-içir. Halbuki bunun cinayət olduğunu bilirlər”. 

İnsan alverinə gəlincə, Ə.Əliyev hesab edir ki, bu Azərbaycanın daxilində də böyük problem doğurur.

 

Mail AĞAXANOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı