Modern.az

Stalin ekstrasens və astroloqların xidmətindən necə istifadə edib?

Stalin ekstrasens və astroloqların xidmətindən necə istifadə edib?

Ölkə

5 May 2010, 11:26

“Xalq atası” sovet dövlətinin sabiq rəhbəri İosif Cuqaşvili (Stalin) qeyri-adi şəxsiyyət idi. O, öncə hakimiyyəti ələ keçirmək, daha sonralar onu əldə saxlamaq uğrunda bütün vasitələrdən istifadə edirdi. Bu cəhətdən o, mistiq baxışlara münasibətə laqeyd deyildi. Xüsusi dövlət sənədlərindən ibarət arxiv materiallarının açılışı bir daha təsdiq edir ki, Stalin 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində kömək üçün ekstrasenslərə müraciət edib. Müxtəlif illərdə astroloq və ekstrasenslərin gücündən istifadə edib. Georgi Qurciyev, Georgi Rasputin, Sergey Vronski kimi tanınmış astroloq və ekstrasesnslər vaxtilə Stalinə xidmət ediblər.

Stalinin Qurciyevlə ilk görüşü 19-cu əsrin 90-cı illərinə təsadüf edir. Qurciyev Şərqdən qayıdarkən həmkarı Tiflisdəki ruhani seminariyasının baş rahibi ilə görüşüb. Rahib istedadlı şagirdlərindən olan İosif Cuqaşvilini təqdim edərək onun “Roma imperiyasının süqutunun səbəbləri” adlı yazdığı inşanı göstərir.

“Siz yazırsınız ki, süqutun əsas səbəbi Senatın zəifliyində idi. Sezarın yerinə siz olsaydınız nə edərliniz?”-deyə Qurciyev İosif Cuqaşvilidən soruşur. Qurciyev elə oradaca onun fitri istedadını  hiss edir. ”Mən  yeni bir orqan yaradardım. Həmin orqan Senatın bütün qanunlarını yerlərdə tətbiq edərdi”-deyə gənc İosif cavab verir. Georgi Qurciyev isə bu gəncə öz məsləhətini verir: “Bu azdır. Əzilmiş xalqın əksəriyyəti tənbəlləşib. Onlar artıq nə üçün yaşadıqlarını belə öyrənməyə tənbəllik edirlər. Məhz buna görə də  heç kəsə başqasının arzularını həyata keçirmək maraqlı deyil. Bununla yanaşı, dövlətdə icraedici orqana onun fəaliyyətinə nəzarət edən institut fəaliyyət göstərməlidir. Hər kim olursa, olsun bilməlidir ki, nə qədər yüksəklərə qalxsa da özü-özünü idarə edə bilməzsə, daxili və xarici təsirlərə qarşı dura bilməzsə, heç zaman hakimiyyəti əldə saxlaya bilməz”.

İnqilab qələbə çaldıqdan sonra “Xalq atası” ən çətin anlarda belə  ustasının məsləhətlərinə əməl edirdi. Bəlkə vaxtında verilmiş  məsləhətə görə idi ki, Stalin xaricə ğetməkdə Qurciyevə köməklik etmişdi. Əslində Qara dəniz sahillərində Qurciyevlə ğörüşdüyü zaman İosif Vissarionoviçin  gözlənilmədən göstərdiyi xeyirxahlığa ğörə iki versiya mövcuddur. Birincisi, bəzi tədqiqatçılar belə hesab edirlər ki, Qurciyev inqilabi mübarizədə iştirak etməyə səy göstərdiyi zaman Stalinlə şəxsi tanışlığı böyük rol oynayıb. İkinci versiya isə mistik məfhum daşıyır. 1990-cı ildə məlum olub ki, İosif Stalin ötən əsrin 20-ci illərinin əvvəllərində görücü Qurciyevin məsləhətlərinə görə sənədlərdə doğum tarixini dəyişib: 18 dekabr 1878-ci il əvəzinə 21 dekabr 1879-cu il yazdırıb. Müasir astroloqlar təsdiq edirlər ki, bu, fövqəladə əməliyyat onun karyerasına böyük təkan verib. Məhz bundan sonra Stalin o zamanlar az əhəmiyyət daşıyan baş katib vəzifəsindən qalxaraq bir neçə ildən sonra beynəlxalq aləmdə ehtiyatlı, qəddar diktator kimi tanınıb.

Şayiələr gəzir ki, Qurciyev xaricə köçəndən sonra da “Xalq atası” ilə əlaqələri kəsməyib. Hətta ötən əsrin 30-cu illərinin sonunda Kremlə maneəsiz daxil olan naməlum bir şəxsin Stalinin kabinetinə yanaşdığını görənlər olub. Onun qeyri-adi görünüşü Qurciyevi xatırladırdı. Bu hadisənin bədii təhlilini Viktor Suvorovun “Kontrol” kitabında tapmaq olar. Lakin böyük dövlət xadimi ilə yaxınlıq əlaqələr təhlükəsiz ötüşə bilməzdi. Ötən əsrin 40-cı illərinin sonunda Qurciyev artıq-əskik danışıqlarına görə müəmmalı bir şəkildə avtomobil qəzasına uğradı.

           20-ci əsrin əvvəllərində tanınmış ən qalmaqallı ekstrasens sayılan Qriqori Rasputinin rəsmi versiyaya görə Feliks Yusupovun sui-qəsdçi dəstəsi tərəfindən öldürülüb. Lakin dvoryan nəslindən olan Oleq Obolenskinin fikrinə görə Rasputinin ölümü haqqında şayiələr həddən artıq şişirdilib. Qriqori Rasputinin 1916-cı ilin dekabrında Petroqradda öldürülməsi haqqında məlumat iftira idi.

Ötən əsrin 20-ci illərinin əvvəllərində SLON-da (Xüsusi Təyinatlı Soloveski Düşərgəsi ) Stalinin bacanağı Stanislav Redensin rəhbərlik etdiyi VÇK-nın işçiləri Soloveski adalarını “artıq insanlardan”-monastrlarda yaşayan monarxlardan təmizləyən zaman Qriqori Rasputinə bənzəyən birisi ilə  maraqlanıblar. 1922-ci ildə Stalinin şəxsi tapşırığı ilə “müqəddəs qoca” gizli şəkildə adadan köçürülüb. Onu Tver vilayətinin kiçik adasında yerləşən çox da böyük olmayan gölün ortasındakı meşəlikdə gizlədirlər. Gölün ətrafı artıq VÇK tərəfindən yox, OQPU işçiləri tərəfindən ciddi nəzarətə ğötürülmüşdü. Adanın ortasında ikimərtəbəli taxta evdə yalnız Rasputin və bir neçə monarx, o cümlədən matuşka-iqumen (kişi monastrının başçısı) rolunu oynayan İrina Obolenski qalırdı.

Rusiya dövlətinin başçısının müntəzəm göstərdiyi “müqəddəs qoca”nın həqiqətən mövcud olması və Moskva ətrafında yaşaması barədə Stalinin vəfatından sonra Amerika qəzetlərinin birində dərc olunan məqalədə də bəhs olunub. Məqalədə deyilirdi ki, Moskvadan Rasputinin yaşadığı yerə gizli yol çəkilmişdi. Bu yolla yalnız dövlət təhlükəsizlik komissarı Stanislav Redensin idarə etdiyi avtomobillə Stalin gedə bilərdi. Dövlət başçısının niyə, nə üçün getdiyi məlum deyildi. Lakin mühüm məsələlərin həllində o, tez-tez  belə səfərlər edirdi. Stalinib hər dəfə oradan qayıtdıqdan sonra (təxminən 2-3 gündən sonra)  yüksək enerji, ruh yüksəkliyi ilə işə başladığı qeyd olunur.

Obolenskinin fikrinə görə, Stalin Rasputinlə gölün ətrafında görüşürdü. O, Stalinə elə təsir göstərib ki, dövlət başçısı öncə müxalif qüvvələrlə bağlı, daha sonralar II Dünya müharibəsində çıxılmaz vəziyyətlərdə qələbə əldə etmək üçün gözlənilməz qərarlar verirdi. Lakin müharibənin sonlarına doğru Rasputin SSRİ dövlət başçısına nəinki lazım olmadı, hətta onun üçün təhlükəli bir şəxsə çevrildi.

Stalin Qurciyev və Rasputindən başqa 20-ci əsrin məşhur astroloqu Sergey Vronski, Volf Messinq “cadugər” Natalya Lvova ilə də işləyib.

Tarixçi yazıçı V.Vedenev qeyd edirdi ki, “hər dəfə Natalya Lvovanın magik seanslarından sonra hakimiyyətdə gözlənilmədən kadr dəyişikliyi olurdu, mənasını isə heç kim anlamırdı”. Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?