Azərbaycan Respublikasının yuxarı dərəcəli .az milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 10 mini keçib. May ayının 5-i üçün olan vəziyyətə görə, milli domen zonasında 10011 ünvan qeydə alınıb. Modern.az xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Cəmi cari il ərzində .az zonasında 700-dən çox domen qeydiyyatdan keçib. .az domen zonası Azərbaycanda yerləşən və ya ona aid olan obyektlər üçün istifadə olunur.