Modern.az

“Dövlətqaçqınkom”: “Masazırdakı torpaq sahəsində layihələndirmə işləri başa çatıb”

“Dövlətqaçqınkom”: “Masazırdakı torpaq sahəsində layihələndirmə işləri başa çatıb”

Ölkə

6 May 2010, 11:37

Bakı şəhərindəki tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin bir qisminin yeni mənzillərdə yerləşdirilməsi üçün bir müddət öncə Abşeron rayonunun Masazır qəsəbəsində 15 hektar torpaq sahəsi ayrılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin məlumatına görə, sözügedən ərazidə 12-13 doqquzmərtəbəli binanın tikintisi nəzərdə tutulur. ”Məcburi köçkünlərə yaşayış evlərinin tikintisi üçün Masazır ərazisində ayrılan torpaq sahəsində layihələndirmə işləri artıq başa çatıb”. Bu barədə Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. Onun sözlərinə görə, tikinti işlərinə başlanılacaq tarix hələ dəqiqləşməyib: “Qaçqın və məcburi köçkünlər üçün Bakı ətrafında hazırda tikinti işləri aparılmır. Yalnız Masazır ərazisində torpaq sahəsi ayrılıb. Tikintini həyata keçirəcək şirkətlər arasında da tender elan olunmayıb. Hələki bu istiqamətdə müzakirələr aparılır”.

S.Hüseynov deyib ki, Bakıdan fərqli olaraq məcburi köçkünlər üçün Yevlax və Goranboy ərazisində yaşayış binlarının tikintisi davam etdirilir: “Hazırda Yevlaxda məcburi köçkünlər üçün beşmərtəbəli 10 bina, Goranboyda isə doqquzmərtəbəli 3 bina tikilir. Məcburi köçkünlər üçün tikilən bu binalarda hansı ərazidə məskunlaşan sakinlərin köçürülməsi hələlik bilinmir”. Günay Musayeva

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı