Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə sənəd qəbulunun gedişi ilə bağlı mətbuat konfransı keçirilib.
Modern.az xəbər verir ki, konfransda çıxış edən TQDK-nın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib ki, ali təhsil və orta ixtisas məktəblərinə sənəd qəbulu mayın 31-nə kimi davam edəcək: ”Bu gün elektron ərizələrin qəbulunun 8-ci günüdür.Bu saata olan məlumata görə, 43829 abituriyent elektron ərizəsini təsdiq etdirib. Bu gözlənilən sənəd qəbulunun 35-40%-ni təşkil edir. Xüsusi qabiliyyət tələb edən ixtissalar üzrə təhsil almaq istəyən abituriyentlərin seçmə turlarında qeydiyyat prosesində iştirakı da internet vasitəsilə aparılır. Bu ana olan məlumata görə 500 nəfər seçmə turunda iştirak edib, qeydiyyata alınıb”.
A. Bağırov qeyd edib ki, rus bölməsi üzrə 8550 nəfər ərizəsini təsdiq etdirib. “Rus bölməsi abituriyentləri Azərbaycan dili üzrə imtahan verirlər. Bu abituriyentlərə iki dəfə imtahanda iştirak şansı verilib. Birinci imtahan mayın 23-də, ikinci imtahan isə iyunun 20-də keçirələcək. Bu günə olan məlumata görə, rus bölməsi üzrə 8550 nəfər ərizəsini təsdiq etdirib. Rus bölməsindən təxminən 10-11 min ərizə gözləyirik. Keçən il bu rəqəm 10 min 200 nəfər olmuşdur. Rusiya Federasiya ali təhsil müəsssisələrinin müsabiqəsində isə iştirak etmək üçün hələ ki 35 nəfər qeydiyyatdan keçib. Qeydyyat mayın 3-dən 11-dək davam edəcək. İmtahan isə mayın 15-də keçiriləcək”.
A.Bağırovun sözlərinə görə ali məktəblərə qəbul planı Nazirlər Kabinentində dünən təsdiq edilib və TQDK-na göndərilib. “Bu barədə gələcək konfranslarda məlumat verəcəyik”.
A.Bağırov onu da əlavə edib ki, ödəmə kartları ilə bağlı abituriyentlərdən əlavə rüsüm tələb olunmamalıdır. “Ödəmə kartların üzərində qiymətləri yazılıb. 83 saylı Sənəd Qəbulu Komissiyasında belə neqativ hal aşkar olunmuşdu. Buna görə həmin komissiyanın tərkibi yeniləndi. 8 min abituriyent ödəmə kartını internet vasitəsilə əldə edib”.
İmtahanlarda abituriyentlərin tək-tək oturmasına gəlincə A. Bağırov qeyd edib ki, binalarla bağlı çətinliklər var. Əgər gələcəkdə imkan olarsa, abituriyentlər tək-tək oturacaqlar.
Təhminə Paşayeva