Modern.az saytı xəbər veriri ki, bu gün “Trend” İnformasiya Agentliyinin konfrans zalında Kütləvi İnformasiya Vasitələri arasında keçirilən mini-futbol turnirinin qalibləri mukafatlandırılıb.
Tədbirin təşkilatçısı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, bu turnir artıq 7 ildir keçirilir: “Bu il turnirdə 7 komanda iştrak etdi. Turnirin baş sponsoru “Akkord” Şirkətlər Qurupudur. Bu aksiyanın həyata keçirilməsində Bakı Dövlət Universiteti, Yeni Azərbaycan Partiyası və Prezident Administrasiyası böyük dəstək göstərdilər”. Yarışda 1-ci yeri AzTV, 2-ci yeri İTV, 3-cu yeri isə “Space” TV tutub.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, “ilk olaraq 7 il bundan əvvəl belə bir fikir irəli sürüldü ki, KİV-lər arasında mini-fubol yarışları keçirilsin və o zaman Akif Aşırlı bu məhsuliyyəti öz üzərinə götürdü, indi isə uğurla davam etdirir”.
Sonda qaliblərə kubok və hədiyyələr verilib.
“Ən yaxşı bombardir” mükafatına “Space” TV-nin əməkdaşı Orxan Babayev, “Ən yaxşı qapıçı” mükafatına AzTV-nin qapıçısı Ələddin Əliyev, “Ən yaxşı hücumçu” mükafatına AzTV-nin əməkdaşı Samir Bayramov, “Ən yaxşı müdafiəçi” mükafatına İTV-nin əməkdaşı Kamran Mehtiyev, “Ən yaxşı yarımmüdafiəçi” mükafatına “Şərq” qəzeti və ANS televiziyasının birləşmiş komandasının nümayəndəsi Kənan Muxtarov layiq görülüb.
Birinci yerin qalibi AzTV-yə 1000 manat, ikinci yerin qalibi İTV-yə 500 manat, üçüncü yerin qalibi “Space” TV-yə isə 300 manat pul mükafatı verilib.
Mail Ağaxanov
