Parlament Jurnalistləri Birliyi (PJB) və AzərTAc-ın təşəbbüsü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-də saat 10.00-dan 13.00-dək Şuşanın işğalının 18-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib.
Modern.az saytı xəbər verir ki, qanvermə aksiyasında qəzetlərdə, agentlik
lərdə və televiziyalarda çalışan jurnalistlər, deputatlar, deputat köməkçiləri, Bakı Dövlət Universitetinin tələbələri, Gənclər Təşkilatları Milli Şurasının üzvləri, idmançılar, könüllü vətəndaşlar iştirak ediblər. Ümumilikdə qanvermə aksiyasına 50-dək şəxs qatılıb. PJB sədri Elşad Eyvazlının sözlərinə görə, bu gün Azərbaycanda qan azlığından xeyli əziyyət çəkənlər var. O, belə aksiyaları insanlıq baxımından gərəkli sayqıqlarını vurğulayıb. “Bundan başqa, məhz Şuşanın ışğalı ğünü belə bir aksiyanın keçirilməsi mühüm əhəmiyyətə malıkdir”. Qeyd edək ki, Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə ötən il də Şuşanın işğal olunmasının 17-ci ildönümü ilə bağlı qana ehtiyacı olanlar üçün qanvermə aksiyası keçiriimişdi.
Modern.az bugünkü aksiyadan hazırlanan fotosessiyanı bir qədər sonra saytda yerləşdirəcək. Modern.az