Respublika Milli Onkoloji Mərkəzin mütəxəssisləri tərəfindən Tovuz rayonunda əhali arasinda keçirilmiş iki günlük profilaktik müayinələr başa çatıb. Millət vəkili Qənirə Paşayeva Modern.az-a bildirib ki, respublikanın baş onkoloqu Fuad Mərdanlının rəhbərliyi ilə mütəxəsislərdən ibarət geniş bir heyət iki gün ərzində adə çəkilən sərhəd rayonunda sakinlər arasında yüksək səviyyədə müayinələr aparıb. Yüksək səviyyəli mütəxxəsislər tərəfindən 393 nəfər rayon sakinin müayinəsi zamanı 60 nəfər baş-boyun nahiyyəsinin, 65 nəfər mamaloji, 48 nəfər ginekoloji, 160 nəfər abdominal -onkoloji, 60 nəfər rentgen müayinəsindən keçirilib. Müayinələr zamanı onlarla kənd sakinlərində müxtəlif onkoloji xəstəliklərlə yanaşı digər xəstəliklər də aşkar edilərək müalicələr yazılıb və bəzilərinin Mərkəzə müraciət etmələri tövsiyyə olunub. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Respublika Milli Onkoloji Mərkəzin baş direktoru akademik Cəmil Əliyevin təşəbbüsü ilə bölgələrdə yüksək səviyyəli mütəxxəsislər tərəfindən aparılan profilaktik müayinələr çox vacib və əhəmiyyətlidir. Bu müayinlər nəticəsində insanlar arasında müxtəlif növ xəstəlikləri vaxtında aşkar etmək mümkün olur ki, bunun da nəticəsində çoxlu sayda xəstənin həyatı xilas edilir. Çünki gec mərhələdə aşkara çıxarılan bir çox xəstəliklər, xüsusilə onkoloji xəstəliklər zamanı bir çox hallarda effektiv müalicə ilə də xəstəni xilas etmək mümkün olmur. Millət vəkili Tovuz rayonunda aparılan bu cür profilaktik müayinənin rayon sakinləri üçün çox əhəmiyyətli olduğunu vurğulayıb və deyib ki, insanların kifayət qədər böyük bir hissəsində müayinələr zamanı vaxtında üzə çıxarılan onkoloji və digər xəstəliklər vaxtında müalicə və əməliyyat olunmaqla sağala biləcək və deməli neçə-neçə insanlar xilas olacaq. Millət vəkili xüsusilə qadınlar arasında aparılan mamaloji və ginekoloji müayinələrin çox vacib və əhəmiyyətli olduğunu vurğulayıb. O, bu cür müayinələrin mütəmadi aparılmasının vacibliyini də qeyd edib. Deputat deyib ki, ölkədə müxtəlif xəstəliklərin surətli artmasının qarşısının alınmasının və insanların vaxtında bir çox xəstəliklərin caynağından almanın yeganə yolu profilaktik müyinələri, profilaktik tədbirləri və maarifləndirməni genişləndirməkdir. Qənirə Paşayeva sərhəd rayonu olan Tovuzda Respublika Milili Onkologiya Mərkəzi tərəfindən həyata keçirilən bu cür yüksək səviyyəli müayinə proflktika tədbirləri ilə bağlı Mərkəzə və onun rəhbəri akademik Cəmil Əliyevə öz dərin təşəkkürünü bildirib.
Modern.az