Modern.az

Deputat təbii fəlakət zonasının sakinləri üçün xeyriyyə aksiyası keçirib

Deputat təbii fəlakət zonasının sakinləri üçün xeyriyyə aksiyası keçirib

Ölkə

12 May 2010, 11:15

st1:*{behavior:url(#ieooui) }

 

Bu gün Milli Məclisin deputatı Nazim Məmmədovun təşəbbüsü və Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədovun təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib. Azərbaycanda fəaliyyət göstərən  su istehsalçısı olan  şirkətlərdən bir qismi təbii  fəlakətdən, yəni sel daşmalardan əziyyət çəkmiş bölgələrə gedərək  20 min tondan çox qablaşdırılmış su ilə əhaliyə yardım edib. Bu xeyriyyə aksiyasında “Badamlı”, “Sirab”, “Aquaivita”,  “Damla”, “Slavyanka 1” , “Həyat”, “Unikal” MMC su şirkətləri yaxından iştirak ediblər.

Su istehsalçıları İB-nin sədri Dövlət Məmmədov deyib ki, təbii fəlakətdən əziyyət çəkən insanlara dövlət təşkilatları ilə yanaşı, qeyri-hökumət təşkilatları da  qayğı göstərməlidirlər. “Bu məqsədlə, biz  su və sərinləşdirici içkilər istehsal edən müəssisələrə müraciət etdik. Sağ olsunlar, Vətənini, xalqını sevən insanlar bizim çağırışımızı gözlətmədən cavab verdilər. Naxçıvandan “Badamlı”, “Sirab”, Qazaxdan “Damla”, “Həyat”, Gədəbəydən “Slavyanka 1”, Qaxdan “Unikal” MMC, Bakıdan  “Aquavita”. Bu onu göstərir ki, Azərbaycanın qablaşdırılmış su və sərinləşdirici içkilər istehsal dən müəssisələri xalqın ağır günündə həmişə onlara yardım etməyə hazırdılar”. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı