Modern.az

Hərbi çağrışdan yayınma halları varmı?

Hərbi çağrışdan yayınma halları varmı?

Ölkə

12 May 2010, 14:31

Bu il aprel ayının 1-dən 30-dək Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə növbəti çağırış prosesi keçirildi. 1975-1991-ci illərdə doğulan, habelə 1992-ci il təvəllüdlü və çağırış günü 18 yaşı tamam olmuş gənclər həqiqi hərbi xidmətə aparıldılar, hərbi xidmətini başa vuranlar isə tərxis olundular. Bəs görəsən budəfəki  çağrış prosesində ordudan yayınma halları qeydə alındımı?

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Modern.az saytına açıqlamasında aprel çağırışı müddətində ordudan yayınma faktının qeydə alınmadığını bildirib: “Çağrış sistemi qanuna müvafiq olaraq normal qayda da həyata keçirildi. Heç bir problem olmadı. Ümumiyyətlə bu il ordudan yayınma halı olmayıb”.

E.Sabiroğlunun sözlərinə görə, büdəfə həyata keçirilən həqiqi hərbi xidmətə çağırışlar zamanı gənclər hansı qoşun növünə və hərbi hissəyə düşdükləri barədə məlumatı əvvəlcədən əldə edə biliblər: “Əvvəlcə çağrışçıların siyahısı kompüterə daxil olur. Sonra komissiya tərəfindən hərbi hissəyə bölüşdürülür və çağırışçıların bölündüyü hərbi hissələr üzrə siyahılar Hərbi Komissarlığın lövhəsində yerləşdirilir. Hər bir valideyn çağırışçının düşdüyü hərbi hissə haqqında məlumatı Hərbi Komissarlıqdan öyrənə bilir. Çağırış prosesi dövründə bizə heç bir şikayət də daxil olmayıb”.

 

Günay Musayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı