Modern.az

Səhiyyə Nazirliyi fəlakət zonalarında neçə səyyar briqada yaradıb?

Səhiyyə Nazirliyi fəlakət zonalarında neçə səyyar briqada yaradıb?

Ölkə

12 May 2010, 15:44

Son dövrlər aramsız yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar respublikanın ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyət yaranıb. Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, vəziyyətlə əlaqədar olaraq Sabirabadda yaradılmış çadır şəhərciyində 1 həkim məntəqəsi, 3 səyyar briqada təşkil olunub.
Sabirabadın Boranlı kəndində yaradılmış digər şəhərcikdə 1 həkim məntəqəsi təşkil olunub ki, orada da tibbi personal, dərman və lazımı ləvazimatlarla tam təmin olunublar.

Şirvan şəhərində yaradılmış 1 çadır şəhərciyində 2 həkim məntəqəsi, 2 səyyar briqada fəaliyyət göstərir.

Hacıqabulda 1 səyyar briqada yaradılıb. Zərdab rayonundakı çadır şəhərciyində 1 həkim məntəqəsi, 4 səyyar briqada fəaliyyət göstərir.

Saatlıda 3, Salyanda 4, İmişlidə 1, Kürdəmirdə 5 səyyar briqada fəaliyyət göstərir.

"Səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığı ilə təxirəsalınmaz tədbirlər planı hazırlaıb. Plana əsasən tibb mütəxəssisləri bütün təbii fəlakətlə üzləşən zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilib. Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də cəlb olunub"-deyə nazirlikdən bildirilib.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı