“Saatlı ərazisində Sarısu gölündən su qış otlağına və Baş Mil-Muğan Kollektoruna axmaqda davam edir. Bu hadisə axşam saatlarında baş verdiyindən onun qarşısını almaq mümkün olmadı. Hazırda isə ərazidə sızmanın qarşısının alınmasından ötrü ciddi tədbirlər görülür”. Bu məlumatı Modern.az saytına rayonun deputatı Gülhüseyn Əhmədov verib. Onun sözlərinə görə, Saatlının Nərimankənd kəndini sel sularının basması ilə bağlı məlumatlar əsassızdır: “Sadəcə, müəyyən şayiələrdən sonra kənd əhalisi vahiməyə düşərərk kəndi tərk edib. Bu gün insanlar kəndə qayıtmağa bağlayıblar. Mən bütün məsuliyyəti üzərimə götürərək insanlara geri qayıtmağı xahiş etmişəm. Diğər Arazboyu kəndlərdə heç bir problem yoxdur”.
Modern.az