Mayın 13-də “Hyatt Regency” otelində YUNISEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Steven Allen mətbuat konfransı keçirib.
Modern.az xəbər verir ki. S.Allen bildirib ki,səfərin əsas məqsədi uşaqların huquqlarının qorunması və ölum halları ilə bağlıdır. “Mən mayın 10-da Azərbaycana gəlmişəm indiyə kimi bir neçə hökümət nümayəndələri ilə göruşum olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin muavini, Milli Məclis nümayəndələri, təhsil və maliyə naziri ilə görüşduk.
Milli Məclisin nümayəndələri ilə görüşdə xörək duzlarının yodlaşdırılması ilə bağlı təkliflərimiz oldu.
Maliyə naziri ilə görüşdə uşaqlarla bağlı sahəyə ayrılan investisiyaların artılması ilə bağlı təkiflərimiz oldu. Maliyə naziri bildirdi ki, bu sahədə işlər görülür.
Təhsil naziri ilə görüşümüzdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin 25-30% təşkil etməsi vurğulandı. Nazir Misir Mərdanov bildirdi ki, məktəbəqədər təhsil ürəkaçan səviyyədə deyil, çalışılır ki bu işdə irəliləyişlər olsun”. S.Allen deyib ki, Ombudsman Elmira Süleymanova ilə də göruşüb. “Uşaq huquqlarının qorunmasında Ombusman daha fəal olmalıdır. Bunun üçun hökümət onun fəaliyyətinin genişləndirməsi üçun daha çox investisiya ayırmalıdır”. Y
UNISEF-in regional direktoru deyib ki, rəsmi statistikada göstərilib ki, Azərbaycanda uşaq ölümunun səviyyəsi azalıb. “Dunyada uşaq ölumu 35% təşkil edir. Bəzən bir sıra dövlətlər daha aşağı statistik rəqəmlər göstərirlər.
Səhiyyə naziri Oqtay Şirəliyevlə görüş zamanı uşaq ölümünün azaldılmasına dair təkliflərimiz olacaq”.
S.Allen Azərbaycanda qızların erkən yaşda ərə verilməsi və ana olmalarını da mənfi hal kimi qiymətləndirib. Mail Ağaxanov