Mayın 13-də “RİA Novosti” Beynəlxalq Mətbuat Mərkəzində “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tullantıların idarə olunması mövzusunda mətbuat konrfansı keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə ekoloq Telman Zeynalov, “Təbiət və Həyat” MMC-nin sədri Fuad Axundzadə, Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Azad Əliyev və Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev iştirak edib.
T.Zeynalov bildirib ki, “Təmiz şəhər” ASC ölkəmizdə mövcud olan zibilliklərin yığışdırılması, tullantıların təkrar emal edilməsi sahəsində bir çox işlərə başlayıb. Belə ki, ölkəmizdə olan zibilliklərin ekologiyaya verdiyi ziyanın qarşısının alınması və bundan daha səmərəli istifadə olunması üçün tullantıların təkrar emalı həyata keçiriləcək.
A.Əliyev bildirib ki, məişət tullantılarının 30%-ni kağız məmulatları təşkil edir. Plastik tullantılar 30-40% təşkil edir. “Azərbaycanda bu cur tullantıları emal edəcək böyük bir zavodun inşası nəzərdə tutulub. Bu gun Bakı şəhərində dəyəri 50 min manat olan dəyərli və həm də zərərli maddələr tullantı yerlərində mövcüddur”.
Elektron tullantıların ekologiyaya daha çox ziyan verdiyini deyən ekoloqlar mobil telefonların, kompüterlərin avadanlıqlarının təbiətə atılmasının real təhlükə mənbəyi olduğunu bildirdilər. QHT nümayəndələri eyni zamanda qanunsuz ziblillənən sahələrin elektron versiysını da təqdim ediblər.
Mail Ağaxanov