Modern.az

“Azercell” loqosunu və rəngini dəyişdi

“Azercell” loqosunu və rəngini dəyişdi

Ölkə

15 May 2010, 12:02

Mayın 15-də “Azercell” şirkəti rebrendinq keçirdiyini elan etdi. Bu proses sayəsində şirkət loqosunu və rəngini dəyişib. Bundan sonra şirkətin loqosunda daş təsvir olunacaq və loqonun rəngi bənövşəyi olacaq. 

Modern.az xəbər verir ki, “Azercell" təmsilçilərinin dediyinə görə, şirkətin daxil olduğu “TeliaSonera” qrupunun bütün üzvləri yeni loqo ilə təmsil olunurlar. Bu loqonu seçməzdən əvvəl şirkət120 nümunəni nəzərdən keçirib və nəhayət daş simvolu ilə bənövşəyi rəngi üzərində dayanıb.

 

Bu gündən “Azercell”in ölkə üzrə bütün ofisləri, satış nöqtələri bənövşəyi rəngə boyanacaq və loqosu dəyişəcək. "Azercell”in bütün məhsulları, həmçinin SİM kartlar da yeni görkəmdə istehsal olunacaq. Artıq şirkətin rəsmi saytının görkəmi də dəyişib.

 

Azərbaycanın digər mobil operatoru – “Azerfon”un da oxşar rəngdən istifadə etməsinə gəlincə, “TeliaSonera” qrupunun Avrasiya satış məntəqəsinin rəhbəri, “Azercell”in keçmiş prezident Halim Atəş bundan problem olmadığını deyib: “Biz bu qərarı qrup daxilində qəbul etmişik. Bazarda rəqiblərimizə baxaraq qərar vermirik”. Şirkətin korporativ ünsiyyət və sosial məsuliyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə isə “Azerfon” şirkətinin rənginin bənövşəyidən fərqli olduğunu deyib.

 

Tədbirin sonunda “Azercell”in jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri də açıqlanıb. 1-ci yerə “Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızı, 2-ci yerə “Media forum” saytından Aynur İmanova və 3-cü yerə “Mədəniyyət” qəzetindən Teymur Nəcəfzadənin çıxdığı elan olunub.

 

Daha sonra  “Azercell”in Bəsti Bağırova küçəsindəki ön masa ofisinin açılışı da baş tutub. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı