Ən güclü stres doğuran peşələrin adları açıqlanıb. Karyera üzrə Careercast.com portalı ən güclü strees doğuran peşələrin illik reytinq cədvəlini dərc edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ilk 10-luda əsəb sisteminə daha çox təsir edən peşələr arasında yanğınsöndürənlər liderlik edir. Onlar ən yüksək stres reytinqi - 200 bal alıblar. Stres faktorları arasında xəsarət alma, ağır hava şəraiti, normaya salınmamış iş günü göstərilir.
İkinci yerdə firma rəhbərləri gəlir. Onlar reytinq cədvəlində 199 bal toplayıblar. Rəhbərlər böhranlı şəraitlərdə tabeçiliklərində olan insanlara görə böyük məsuliyyət daşıyırlar və biznesin aparılmasının müxtəlif aspektlər üzərində baş sındırmalıdırlar.
Onların ardınca həkim-cərrahlar gəlir. Qeyd olunur ki, bu peşə sahibləri peşəkar fəaliyyətlərində yüksək məsuliyyət hissinə görə stress daşıyırlar. Bundan əlavə, həkimlər də yanğınsöndürənlər kimi həm gecələr, həm də gündüzlər işləməyə və qazanmağa məcburdurlar.
Sonrakı yerdə polislər gəlir. Polislərdə stresin yüksək səviyyəsi cinayətkarlığın artımı ilə bağlıdır. Beşinci yeri təyyərə pilotlar tutub. Onların ardınca yol polisləri gəlir. Yeddinci və səkkizinci yerlərdə pres-reliz mütəxəssisləri və reklamçılardır. Onlar işdən qovulmaq təhlükəsindən stres yaşayırlar.
növbəti
əmlak satıcıları gəlir. Əmlak satışı ilə məşğul olan maklerlər dünya maliyyə böhranının nəticələrindən ən çox əziyyət çəkirlər.