Modern.az saytı xəbər verir ki, mayın 20-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubileyi keçiriləcək. Tədbirdə dövlət rəsmilərindən təhsil naziri Misir Mərdənov, kənd təsərrüfatı naziri İsmət Abbasov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da iştirak edəcək.
Bundan başqa yubiley tədbirinə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm adamları da qatılacaqlar.
Qeyd edək ki, 1920-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində kənd təsərrüfatı fakültəsi yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli qərarı ilə yaradılmış Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Gəncə şəhərinə köçürülüb. İnstitut
17 iyun 1991-ci il tarixində Akademiya statusu alıb.
Nazirlər Kabinetinin 4 aprel 2009- cu il tarixli 53 saylı qərarı ilə akademiya Azərbaycan Dövlət Aqrar Universitetini adlandırılıb. Universitet Azərbaycanın aqrar sektorunu yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri ilə təmin edən yeganə dövlət ali təhsil müəssisəsidir.
Modern.az