Modern.az

Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası fəaliyyətini bərpa edib

Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası fəaliyyətini bərpa edib

Ölkə

19 May 2010, 10:02

Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası fəaliyyətinin bərpa olunması barədə bəyanatla çıxış edib.

Partiyanın sədri Şakir Ulubəylinin Modern.az-a təqdim etdiyi bəyanatda bildirilirb: “Son zamanlar iqtidarın xarici siyasət kursunu kəskin dəyişdirməsi və  strateji müttəfiqlərdən imtinası nəticəsində, dünyanın demokratik dövlətləri, Azərbaycan  hakimiyyətini beynəlxalq izolyasiyaya salma meylərini  gücləndirmişdir.

İqtisadi sistemin qurulmaması, sərvətin qeyri bərabər bölünməsi, yaşayış səviyyəsinin statistik göstəricilərdən fərqli olaraq daha da çətinləşməsi, kütləvi narazılıqlar yaratmışdır.   Baş verəcək təbiət hadisələrinin düzgün proqnozlaşdırılmaması, və onun qarşısının alınmasında hökümət  qeyri-peşəkar fəaliyyət göstərmişdir.

İnsan hüquqları, söz və mətbuat azadlığının, siyasi partiyaların fəaliyyətinin, sərbəst toplaşmaq azadlığının təzyiq altında olması, ölkədə vəziyyətin nəzarət altından çıxması təhlükəsi yaratmışdır.

Azərbaycan Türklərinin müqəddəs varlığı olan Azərbaycan dövləti naminə, yarandığı 1990- cı ildən fəaliyyət göstərdiyi illər ərzində Müstəqil Azərbayca Dövlətinin yaranması və onun qorunması istiqamətində fəaliyyət göstərmiş, bundan sonrada dövlətçiliyi müdafiə etmək məramı ilə Azərbaycan Dünyəvi (Bozqurd) partiyası öz fəaliyyətini bərpa edir”.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı