Modern.az

Çimərliklərdə monitorinqlər başlanıb

Çimərliklərdə monitorinqlər başlanıb

Ölkə

19 May 2010, 10:23

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 2010-cu ilin çimərlik mövsümünün başlanması ilə əlaqədar Bakı və Abşeronda yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətini və çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərini müəyyənləşdirmək üçün monitorinqlərə başlayıb. Bu barədə Modern.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. O, bildirib ki, hazırda dəniz suyunun laborator müayinəsi aparılır. ”Monitorinq zamanı dəniz suyundan nümunələr götürülür, çimərliklərin yay aylarında çimmək üçün nə dərəcədə yararlı olması araşdırılır. Bu proses bütün çimərlik mövsümü boyu davam etdiriləcək. Çimərliklərdə monitorinqin ilkin nəticələri araşdırmadan sonra bəlli olacaq”.

Xatırladaq ki, çimərliklərdə ekoloji vəziyyəti öyrənmək məqsədi ilə hər il belə anoloji monitorinqlər keçirilir. Ötən il Bakı və Sumqayıt çimərliklərində 50 nöqtədən 153 su nümunəsi götürülmüş və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılmışdı. Nəticələr görə ötən il Sumqayıt, Hövsan, Şıx, Sahil çimərlikləri və Novxanı çimərliyinin qərb hissəsi qeyri-qənaətbəxş hesab edilmişdi.

Təhminə Paşayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı