Üzdə olan siyasi partiya rəhbərlərinin özlərini meydanlarda, şəkillərini qəzet səhifələrində, onlarla bağlı kadrları televiziya ekranlarında çox görmüşük. Siyasətlə məşğul olan partiya rəhbərləri də hamı kimi ailə-uşaq sahibidirlər. Bəs onların övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər? Siyasi partiyaların rəhbərləri övladlarının da siyasətdə olmasını istərdilərmi?
Moden.az-ın “Siyasi partiya rəhbərlərinin övladları barədə dedikləri” adlı rubrikasının budəfəki qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.
Hafiz Hacıyevin 3 övladı var. İki qız, bir oğlan. Hafiz Hacıyev deyir ki, böyük qızı hüquqşünasdır. “İlk övladım Afaqın 23 yaşı var. Hüquq fakültəsini bitirib. Hazırda Fövqalədə Hallar Nazirliyində çalışır”.
Partiya sədrinin ikinci övladı Samirə isə Xarici Dillər Universitetini bitirib: “Samirə ingilis dilini əla bilir. İndi Dövlət Gömrük Komitəsində çalışır”.
Hafiz Hacıyevin sözlərinə görə sonuncu və yeganə oğul övladı Rauf hazırda ali məktəb tələbəsidir, universitetə 610 balla daxil olub: “Oğlum İqtisadiyyat Univeritetinin 3-cü kurs tələbəsidir. Öz biliyi, yüksək göstərici ilə bu universitetə qəbul olunub”.
Hafiz Hacıyev deyir ki, övladlarının ixtisas seçiminə müdaxilə etməyib:
“Uşaqlar ixtisaslarını özləri seçiblər. Bizdə ailədə demokratik mühit hökm sürür. Onların seçimlərinə müdaxilə etməmişəm. Hara istəyiblər, ora da qəbul olunublar, öz bilikləri ilə də ali məktəbi bitiriblər, indi də işləyirlər”. Partiya sədrinin övladlarından hələki ailə quranı yoxdur.
H.Hacıyev övladlarından çox razı olduğunu vurğulayır: “Mən çox sevirnirəm ki, övladlarımın davranışlarında qadağı qoyulası elə bir hal olmayıb ki, onlara nəyisə qadağa qoyum. İstər indi, istərsə də univeritetdə oxuyanda ağılla-başla hərəkət ediblər, necə deyərlər həmişə başımı uca ediblər. Hesab edirəm ki, uşaqlara hansısa məsələdə təyziq göstərmək olmaz. Uşağa bir şeyə görə nə qədər təzyiq göstərsən, bir o qədər əks reaksiya verməyə başlayacaq. Mənim uşaqlarım həmişə çox ağıllı, düşüncəli olublar. Bu gün də dövlətimizin müəyyən qurumlarında işləyirlər, millətimizə xidmətdən ötəri əlllərindən gələni edirlər. Onlar nəsə səhv işlər görmürlər ki, fəaliyyətlərinə də müdaxilə edəm”. H.Hacıyev deyir ki, övladlarına həmişə müstəqillik verməyə çalışıb, onlar isə sərbəstlikdən ağılla istifadə ediblər. “Görsəm ki, hər halda yollarını azıblar, yalnış yoldadırlar, əlbbəttə ki, o zaman müdaxilə edə bilərik. Hələlik mən sevinirəm ki, mənim müdaxiləmə gərək olmayıb”.
Partiya sədri onu da qeyd edir ki, övladlarının işinə görə kiməsə bir dəfə də olsun müraciət etməyib:
“Onlar yüksək səviyyədə təhsil alıblar. Heç bir müəllimə ağız açmamışam ki, onlara qiymət yazsınlar, kömək etsinlər. Böyük qızım Afaq huquq fakültəsini bitirib. Bəzi yerlərdə müəyyən işlər olsa da, çox sağ olsunlar, Gömrük Komitəsində münasib tapıldı. İndi bu komitədə çalışır, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. İkinci qızım Samirə ingilis dilini əla bildiyindən mütəxəssis kimi ona ehtiyac var ki, Gömrük komitəsində çalışır”.
“Asudə vaxtınızı övladlarınızla necə keçirirsiz” sualına cavab verən partiya sədri belə cavab verib:
“Boş vaxtım çox az olur. Belə vaxtlarımız olanda uşaqlarımla maraqlı söhbətlər edirik. Onlarla müəyyən məsələlərdə oturub məsləhətləşirik. Bəzən də şəhərkənarı gəzintilərə aparıram. Bu da ildə bir-iki dəfə olur. Dediyim kimi, asudə vaxt az olur, hətta bəzən bazar günləri də işləyirəm”.
“Övladlarınızın da siyasətdə olmasını istərdinizmi?” sualını müsahibiz “yox!” deyə cavablandırıb:
“Mən arzu etməmişəm övladlarım siyasətdə olsun və mənim yolumu davam etdirsinlər. Arzu etmək də istəmirəm. Bu ağır yoldur. Mən 11-12 ildi ki, Müasir Müsavat Partiyasının sədriyəm, bu müddətdə çox böyük əziyyətlərə, məhrumiyyətlərə düçar olmuşam. İstəməzdim ki, mənim çəkdiyim əziyyətlərə, mənə olan qadağalara, məhrumiyyətlərə övladlarım da düçar olsun. İstəmirəm həyatda əzab-əziyyətlə yaşasınlar. Mən onlara bircə tövsiyyə edərdim ki, siyasətdən uzaq olsunlar. Onlar da mənim əziyyətlərimi görürlər. Görürlər ki, millətim üçün öz həyatımı riskə qoyuram. Bəzən onların da bəlkə də mənə yazıqları gəlir ki, ataları niyə bu qədər bu siyasətə baş qoşub əziyyət çəkir. Ağır işdir. Ona görə də düşünürlər ki, onlar öz peşə yollarını davam etdirsələr, daha yaxşı olar”.
Təhminə Paşayeva
P.S. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, təəsüf ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdən övladlarının şəkillərini ala bilmədik. Ya özü bunu istəmədi, ya da övladları