Modern.az

Abituriyentlər sınaq imtahanlarında bəzi fənnlərdən aşağı nəticə göstəriblər

Abituriyentlər sınaq imtahanlarında bəzi fənnlərdən aşağı nəticə göstəriblər

Ölkə

21 May 2010, 12:52

Modern.az xəbər verir ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ədliyyə orqanlarına və ali məktəblərin rus bölməsinə aparılacaq imtahanla bağlı mətbuat konfransı keçirilib.

TQDK-nın şöbə müdiri Tariyel Bədəlov bildirib ki, mayın 22 –də ədliyyə orqanlarına keçirləcək imtahanda 278 nəfərin namizədliyi qeydə alınıb.

“ Ümumilikdə100 sual olacaq. 80 sual hüquqa, 20 sual isə məntiqi təfəkkürə dair olacaq. Ümumi nəticədə 55 və daha çox bal toplayanlar müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılır. Nəticələr hesablandıqda yalnış cavablar düz cavabların nəticəsinə təsir göstərmir”.

Tariyel Bədəlov qeyd edib ki, mayın 23-də ali məktəblərə rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən keçiriləcək imtahanda 11041 abituriyentin iştirakı göslənilir.

“Rus bölməsi abituriyentlərinə 30 test tapşırığı təqdim ediləcək.  Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticələrinə təsir göstərmir. İmtahandan keçmək üçün abituriyent 15 baldan aşağı nəticə göstərməməlidir. Bu mərhələndən keçməyən, eləcə də elektron ərizələrini təsdiq etdirməyən rus bölməsinin abituriyentləri iyunun 20-də keçiriləcək imtahanda iştirak etməlidirlər. Hələki iyunun 20-də keçiriləcək imtahanda iştirak üçün 800 abituriyent ərizəsini təsdiq etdirib”.

Sınaq imtahanlarına gəlincə, T.Bədəlov mayın 16-da keçirilmiş sınaq imtahanında Azərbaycan bölməsinin abituriyentlərinin rus bölməsi abituryientlərinə nisbətən yüksək nəticə göstərdiklərini söyləyib.

“Adətən rus bölməsinin abituriyentləri yaxşı nəticə götərirdilər. Ancaq bu dəfə əksinə oldu. Azərbaycan bölməsinin abituriyentləri biologiya, coğrafiya, rus bölməsinin abituriyentləri isə xarici dildən yüksək nəticə göstəriblər. Ancaq ümumilikdə abituriyentlər riyaziyyat, fizika, kimya fənləri üzrə aşağı nəticə əldə ediblər”.

T.Bədəlov onu da əlavə edib ki, bu il 1-ci ixtisas üzrə imtahan verəcək abituriyentlər Bakı, Gəncə,Naxçıvan, Sumqayıtda qəbul imtahanında iştirak edə biləcəklər. “Digər ixtisas qrupunun abituriyentləri isə həmişə olduğu kimi Bakı, Sumqayıt və Naxçıvanda imtahan verəcəklər”. Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı