Modern.az

Dünyanın 20 ən zəngin lideri

Dünyanın  20 ən zəngin lideri

Ölkə

24 May 2010, 09:39

st1:*{behavior:url(#ieooui) }

Londonda nəşr olunan İndependent qəzeti dünyanın ən zəngin 20 liderinin adını açıqlayıb. Modern.az  xəbər verir ki,  Amerika prezidenti Barak Obamanın prezident seçilməsindən sonra bank hesabı artıb. Lakin o, hələ də 20 ən zənginlərin arasına düşə bilməyib. Obamanın iki memuarı ötən il ona 2 milyondan 10 milyon dollara qədər pul qazandırıb.

Beləliklə, dünya zənginlərinin siyahısı belədir:

          

1. Tayland kralı Bhumibol Adulyadetin sərvəti 20 milyard funt sterlinqdir. Dünyanın ən uzunömürlü hökmdarıdır. 82 yaşlı hökmdarın pullarının əksəriyyəti mülk və torpaqlardan ibarətdir. Ancaq bu sərvətin kral deyil, dövlətə aid olduğu önə sürülür. Şəxsi sərvətini açıqlamayan kralı var-dövlət ilə bağlı fikirləri  boğmağa çalışır. Avtomat silahlara böyük marağı var. Atəş açmaqdan, cazdan və  fotoqrafçılqdan xoşu gəlir. Hakimiyyəti dövründə 18 dövlət çevrilişindən özunü qoruya bilib.

 

2. Bruney sultanı Hassanal Bolklah 14 miylard funt sterlinq sərvətə malikdir.  64 yaşlı Bolklah ailəsi 1788 mənzildən ibarət sarayda yaşayır. 3 ayrı-ayrı arvadından  7 oğlu və 7 qızı var. Sultanın 5 min lüks idman avtomobili var. Dəyəri 115 milyon dolları olan 5 təyyarəsi var. Sultanın oğlu şahzadə Asim (28 yaş) 6 milyon dollar  zinnət hədiyyə edib.

 

  3. Birləşmiş Ərəb Əmirliyi. Şeyx Həlifə Zayed əl Nahyan 13 milyard funt sterlinq dəyərində var-dövlətə malikdir. 62 yaşlı milyarderin sərvəti maliyyə böhranı nəticəsində 5 milyard dollar azalıb.  O  Dübaya 10 milyard dollarlıq yardım edib. Nəticədə “Burc Dubay” adını dəyişərək “Burc Həlifə“ alnb.

 

4. Səudiyyə Ərəbistanı Kral Abdullahın sərvəti  12 milyard funt sterlinqlə ölçülür. Ölkəsinin qərbində öz adını daşıyan şəhərin inşasına 27 milyard dollar xərcləyib. Çinin Tzsian şəhərində baş vermiş zəlzələdə yardım olaraq 50 milyon dollar xərcləmişdi. Abdullah inşaat şirkəti Emaar ilə birlikdə  ”King Abdullah Economic City” ticarət mərkəzi yaradıb.

 

5. İtaliyanın baş naziri Silvio Berluskoni 7 milyard funt sterlinqə sahibdir. Siyahıda ilk avropalı milyarderdir. “Milan” klubunun sahibi kimi tanınsa da, əsl sərvəti  media patronluğundan qaynaqlanır.  Səudiyyə Ərəbistanı şahzadəsi Al Vəldi bin Taal ilə birlikdə yaratdıqları “Mediaset” və investisiya şirkəti “Finivest” ilə İtaliya iqtisadiyyatının 50 faizinə nəzarət edən Berliskoni mafiya  ilişiklərinə görə tənqid hədəfindədir.  Saat və avtomobillərə pul xərcləməyi çox sevən  Berluskoni “Vacheron Constantin” saatı üçün 540 min dollar xərcləyib. Xəyanət  üzündən  ayrıldığı 3 uşağının anası Vernonikaya 39 milyon dollarlıq  səhmlərini  verib.

 

6. Lixşteyn şahzadəsi 2-ci Hans Adam 2,5 milyard

7. Qətər əmiri Şeyx Hamas 1,4 milyard

8. Pakistanın baş naziri Asif  Əli Zardari 1,2 milyard 

9. Monako şahzadəsi 2-ci Albert 700 milyon

10. Çili prezidenti Sebastian Pirera 700 milyon

11. Oman sultanı Qaboos 470 milyon

12. Ekvatororial Qvineyanın  baş naziri Teodora Obianq Nguena Mbasogo 400 milyon

13. İngiltərə kraliçaçı Yelizaveta 300 milyon

14. Küveyt əmiri Şah Sabah 270 milyon  

15 Holland kraliçası Bevatris 135 milyon 

16. İsveç kralı 3-cü Msavati 68 milyon

17. Avstraliyanın baş naziri  Kevin Rudd 41 milyon

18. Yeni Zelandiyanın baş naziri Con Key 25 milyon

19. Cənubi Koreya prezidenti  Lee Myunq Bak  16 milyon

20. Monteneqro prezidenti Milo Dyukanoviç 10 milyon

  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı