Modern.az

Yevda Abramov: “Quba kütləvi məzarlığında tam fərqli bir muzey tikiləcək”

Yevda Abramov: “Quba kütləvi məzarlığında tam fərqli bir muzey tikiləcək”

Ölkə

24 May 2010, 15:18

Prezident İlham Əliyevin ötən il dekabrın 30-da imzaladığı sərəncama əsasən, Quba şəhərində aşkar olunan kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi” yaradılmalıdır. Milli Məclisin Qubadan olan deputatı Yevda Abramov Modern.az saytına bildirib ki, Quba kütləvi məzarlığında işlərə görülür. “Heydər Əliyev Fondunun memorial komlekslə bağlı layihəsi qalib gəlib. Buna da uyğun olaraq işlər görülür. Hazırda Qudyalçayda bənd bərkitmə işləri aparılır. Eyni zamanda qrunt sulara qarşı da tədbirlər görülür ki, gələcək muzey tikiləndə bir problem yaranmasın“.

Muzeyin nə vaxt tikilməsinə gəlincə, Y.Abramov qeyd edib ki,  hazırda hökumətin əsas diqqəti sel və daşqınların aradan qaldırılmasına yönəlib.

“Bu problemlər həll edilən kimi muzeyin tikintisinə başlanılacaq.  Heydər Əliyev Fondu erməni həqiqətlərinin üzə çıxmasında, həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında  böyük işlər görüb. Fondun hazırladığı layihə əsasında tikiləcək muzey tam fərqli olacaq. Bu, soyqırımla bağlı ən böyük muzey olacaq ki, ermənilərin iç üzünün dünyaya çatdırılmasında onun işi böyük əhəmiyyət kəsb edəcək”.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı