Modern.az

Nəqliyyat Nazirliyi: "Bakı-Ələt-Astara yolu bağlana bilər"

Nəqliyyat Nazirliyi: "Bakı-Ələt-Astara yolu bağlana bilər"

Ölkə

25 May 2010, 12:11

Bakı-Ələt-Astara magistral yolunda təhlükəli vəziyyət yaranıb. Modern.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, Kür çayının daşması və təhlükəli vəziyyət yaratması üzündən Bakı-Ələt-Astara və Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun da müəyyən bir hissəsi bağlana bilər.
"Bununla bağlı komissiya işləyir və komissiyanın qərarından sonra yolun hansı kilometrliklərində yolun bağlanması müəyyən olunacaq”,- deyə Nəqliyyat Nazirliyinin rəsmisi bildirib.

Qeyd edək ki, Kür çayının məcrasından çıxması  və  suyun səviyyəsinin qalxması ilə əlaqədar  dəmir yolunun Şirvan-Astara  istiqamətində də hələ bir müddət öncə problemlər yaranıb. Mayın 9-dan etibarən  Astara istiqamətində qatarların hərəkəti dayandırılıb. 
N.Həsənov deyib ki, təbii fəlakətlə bağlı olaraq Bakı-Astara dəmir yolu hələ bir müddət bağlı qalacaq. O, bildirib ki, bu istiqamətdə dəmir yolu xəttinin bərpası xeyli vaxt aparacaq: “Orada onlarla kilometr yataq yarılıb. Digər tərəfdən bu ərazidən suyun çəkilməsi üçün də xeyli vaxt lazım olacaq. İstər-istəməz həmin ərazidə dəmir yolu əsaslı təmir olunmalı və bərkitmə işləri aparılmalıdır".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı