Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bəndin yuyulması nəticəsində təhlükəli vəziyyətə düşmüş Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı kəndlərinin, Saatlı rayonunun Novruzlu, Dəllər, Nərimankənd, Musalı kəndlərinin və yaxınlıqdakı məcburi köçkün şəhərciyinin əhalisi təxliyyə edilən zaman, mayın 24-dən 25-ə keçən gecə bəzi sakinlər evlərini tərk etmək istəməyiblər.
Modern.az Fövqəlaə Hallar Nazirliyinə istinadla xəbər verir ki, mayın 24-dən 25-ə keçən gecə ərzində qeyd edilən kəndlərdə suyun səviyyəsinin artması səbəbindən təxliyyədən imtina etmiş şəxslər təhlükə ilə üzləşiblər. Belə ki, gecə və səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin qayıqları və Nazirliyin Aviasiya dəstəsinin vertolyotları vasitəsilə, ümumilikdə, 33 nəfər xilas edilib. Hazırda hadisə yerində xilasetmə işləri, həmçinin, dağılmış bəndin bərpası istiqamətində müvafiq işlər davam etdirilir.
Modern.az