Ötən gecə Norveçin paytaxtı Osloda keçirilən “Eurovision 2010” beynəlxalq mahnı müsabiqəsində birinci yarımfinalın iştirakçıları finala çıxmaq uğrunda mübarizəyə aparıblar. Finala 10 vəsiqə uğrunda 17 ölkə - Moldova, Rusiya, Estoniya, Slovakiya, Finlandiya, Latviya, Serbiya, Bosniya və Hersoqovina, Polşa, Belçika, Malta, Albaniya, Yunanıstan, Portuqaliya, Makedoniya, Belarus və İslandiya təmsilçiləri yarışıblar.
Modern.az-ın məlumatına görə, Səsvermədən sonra I yarımfinaldan 10 ölkə - Bosniya və Hersoqovina, Moldova, Rusiya, Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Belçika, Albaniya və İslandiya finala vəsiqə qazanıb.
Qeyd edək ki, “Eurovision-2010” yarışmasında hər iki yarımfinal və finalda həm tamaşaçı, həm də münsif səsverməsindən istifadə olunur.
Modern.az