
Mayın 6-dan 7-nə keçən Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsində bəndi yarmasından sonra Kürboyu rayonlarda təbii fəlakətin coğrafiyası xeyli genişləndi. Sabirabad, Saatlı, İmişli, Zərdab, Hacuqabul rayonları təbii fəlakət zonasının episentrinə çevrildi. Ümumilikdə 20-dən çox yaşayış məntəqəsi tam olaraq sel sularının altında qaldı ki, bundan da minlərlə ailə birbaşa zərər çəkdi.
Qeyd edək ki, fəlakət başlayan ilk vaxtlar ev-eşiklərini itirmiş insanlar üçün Şirvan və Saatlıda iki çadır şəhərciyi salındı. Lakn sonradan fəakətin miqyası genişləndi və insanlar respublikanın müxtəlif bölgələrinə üz tutmalı oldular.
Saatlının deputatı Gülhüseyn Əhmədov evlərini tərk etmiş ailələrin harada məskunlaşması ilə bağlı Modern.az saytının sualına cavab olaraq “müxtəlif yerlərdə” deyib. Onun sözlərinə görə, Saatlının Nərimankənd kəndinə dolan suyun səviyyə hündürlüyü 30-40 sm, Novruzluda 1,5-2 m, Dəllərdə 50-70 sm-1m-dir. “Təbii ki, suyun səviyyəsi 30-40 sm olan kəndləri kişilər tərk etməyib, yalnız uşaqlar qadınlar və qocaları çıxarılar. İnsanların harada məskunlaşmalarına gəlincə, deyə bilərəm ki, rayon mərkəzindəki inzibati binalard çox az sayda sakin məskunlaşıb. Ev-eşiklərini tərk edənlər daha çox yaxın kəndlərdəki qohum-əqrabalarına pənah aparıblar”.
Sabirabadın deputatı Rüstəm Xəlilov da isanların daha çox qonşu kəndlərdəki qohum-əqrabalarının yanında məskunlaşdıqlarını deyib. O, rayon mərkəzindəki inzibati binalarda da məskunlaşmaların olduğunu söyləyib.
İmişli rayonunda da kəndləri tərk edənlər əsasən qohumlarının evlərinə pənah aparıblar.
Modern.az