Modern.az

Saatlıda məskunlaşan məcburi köçkünlər ikinci dəfə köçkün düşüb

Saatlıda məskunlaşan məcburi köçkünlər ikinci dəfə köçkün düşüb

Ölkə

26 May 2010, 19:18

Kür çayının və Sarısu gölünün daşması nəticəsində Saatlıda 100 ailəlik qaçqın şəhərciyi də su altında qalıb.  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin deparament direktoru Sənan Hüseynov barədə Modern.az saytına bildirib ki, Saatlıda daşqınla əlaqədar qaçqın şəhərciyindən çıxarılanlar Fövqalədə Hallar Nazirliyinin xətti ilə ətraf ərazilərdə, eyni zamanda Biləsuvarda yerləşən köçkün şəhərciyində qohumlarıgildə məskunlaşıblar:
“Fəlakət zonasından köçürülən məcburi köçkünlər müxtəlif rayonlardandır. Ancaq şoxluğu Cəbrayıl və Füzulidən olan məcburi köçkünlər təşkil edir”.

Həmin məcburi köçkünlər üçün ayrıca evlərin tikilməsinə gəlincə, Sənan Hüseynov qeyd edib ki, bu barədə hələlik bir məlumat yoxdur: “Köçürülən məcburi köçkünlərə yeni evlərin tikilməsi  barədə məlumatım yoxdur. Ancaq Saatlıda fin qəsəbələrində yaşayan məcburi köçkünlər üçün yeni evlərin tikilməsi nəzərdə tutulub”.

Təhminə Paşayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı